Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər Fələstinin Azadlığı Uğrunda Xalq Cəbhəsinin baş katibi ilə görüşdü

İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei Fələstinin Azadlığı Uğrunda Xalq Cəbhəsinin baş katibi cənab Əhməd Cəbrayılla keçirdiyi görüşdə Fələstin məsələsinin İslam dünyasının problemləri sırasında ən başda yer aldığını vurğulayaraq dedi: “İran İslam Respublikası Fələstin ideyası öz bəhrəsini verən günə qədər onun üzərində qətiyyətlə duracaq. Gənclər o günü mütləq görəcək”.

Ali Məqamlı Rəhbər Fələstin ideyasının gerçəkləşməsi yolunda göstərdiyi səy və xidmətlərə görə cənab Əhməd Cəbrayılı təqdir etdiyini bildirərək dedi: “Heç şübhəsiz, bu gün Fələstin məsələsinin dayaqlarından biri Sizsiniz. Ümidvaram ki, bu ruhiyyənizi qoruyaq müqaviməti qəti qələbəyə qədər davam etdirəcəksiniz”.

Görüş zamanı cənab Əhməd Cəbrayıl da Ali Məqamlı Rəhbərlə görüşündən məmnun olduğunu bildirərək dedi: “İslam İnqilabı İranı beynəlxalq arenada təsir gücünə malik bir ölkəyə çevirdi. İslam Respublikasının hazırkı tərəqqisi isə Cənabınızın müdrikliyi və uzaqgörənliyi sayəsində qazanılıb”.

O həmçinin İslam Respublikasının Fələstin xalqının hüquqlarının təmin edilməsi məsələsində nümayiş etdirdiyi prinsipial və dəyişməz mövqeyə görə də Ali Məqamlı Rəhbərə təşəkkürünü bildirdi.


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir



700 /