Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

Güclü iman və müqavimət ruhiyyəsi olsa, hətta məhdud maddi-texniki imkanlarla da düşmənə qalib gəlmək olar

İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei İİR Ordusunun Dəniz Qüvvələrinin rəsmiləri və yüksək rütbəli zabitləri ilə bu gün (bazar günü) səhər keçirdiyi görüşdə mübarizə və müqavimət ruhunun silahlı qüvvələrə nüfuz və etibar qazandırdığını qeyd edərək dedi: “Dəniz Qüvvələri hərbi hazırlıq və bacarığını daha da yeniləyərək, həmçinin dini stimul və fədakarlıq ruhiyyəsini gücləndirərək milli təhlükəsizliyin qorunması, ümumi müdafiə və ölkənin möhkəm sərhədlərinin keşiyində durmaq işində özünəməxsus böyük və mühüm rolu davam etdirməlidir”.

“Əzmkarlıq ruhiyyəsini, fədakarlığa hazırlığı günü-gündən daha da artırmaq vacibdir” – deyən Ali Məqamlı Rəhbər əlavə etdi: “Qurani-Kərim bizə öyrədir ki, əgər güclü iman və müqavimət ruhiyyəsi olsa, hətta məhdud maddi-texniki imkanlarla da düşmənə qalib gəlmək olar”.

Ölkənin geniş su sərhədlərinə malik olduğuna, eləcə də düşmənin bu regiona böyük sərmayə qoyduğuna toxunan Ali Məqamlı Rəhbər dedi: “Silahlı Qüvvələrimiz siyasi hesablamaları nəzərə almadan öz hazırlıqlarını daim artırmalı, çatışmazlıqlarını bilməli, eləcə də düşmənin imkanlarını və zəif cəhətlərini öyrənərək strateji fəaliyyət proqramları qurmalıdırlar”.

Həzrət Ayətullah Xamenei sülh və əmin-amanlıq dövrünün Silahlı Qüvvələrin elm, quruculuq və müdafiə qabiliyyətinin artırılması kimi sahələrdə xidmət etməsi üçün dəyərli fürsət olduğunu qeyd edərək dedi: “Məkran sahillərinin abadlaşdırılması da mühüm əhəmiyyət kəsb edən məsələlərdən biridir. Bu bölgə üçün nəzərdə tutulan proqramlar hökumətin əməkdaşlığı sayəsində daha böyük sürətlə həyata keçirilməlidir”.

Çıxışının sonunda Ali Baş Komandan Dəniz Qüvvələrinin müxtəlif etaplarda, xüsusilə də Müqəddəs Müdafiə illərində etdiyi fədakarlıqlara toxunaraq dedi: “Hərbi Donanmamız həm Silahlı Qüvvələrimizə, həm də ölkəmizə daim nüfuz və başucalığı gətirib. Donanmanın sıralarından şəhid olmuş hərbçilərin, o cümlədən “Peykan” hərbi gəmisinin şəhidlərinin xatirəsi bu ölkənin tarixində həmişə yaşayacaq”.

Ali Məqamlı Rəhbərin çıxışından öncə Ordunun Dəniz Qüvvələrinin baş komandanı admiral Səyyari 7 azər gününün İİR tarixində əlamətdar bir gün olduğunu qeyd edərək dedi: “İİR Ordusu Dəniz Qüvvələrinin həyata keçirdiyi proqram və tədbirlər sırasında bu qüvvələrin döyüş hazırlığı və döyüş bacarığının artırılmasını, təhlükəsizlik səviyyəsinin yüksəldilməsini, əsas diqqətin elmi biliklərin mənimsənilməsinə yönəldilməsini, Dəniz Qüvvələrinin qüdrətinin əməldə sübut edilməsi və İran-İslam mədəniyyətinin ölkə sərhədlərindən kənarda təbliğini, Beynəlxalq Sularda effektiv iştirakını, başqa ölkələrin gəmilərinə kömək göstərilməsini, regionda stabil vəziyyətin bərqərar edilməsi məqsədilə İİR Dəniz Qüvvələrinin Məkran sahillərində dislokasiyasını qeyd etmək olar”.


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir



700 /