Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər Həzrət Əba-Əbdillah Hüseynə (ə) həsr olunmuş 6-cı matəm gecəsində iştirak etdi

Bu gecə İmam Xomeyni (r.ə) adına hüseyniyədə İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xameneinin, hökumət rəsmilərindən bir qrupunun və xalqın müxtəlif təbəqələrini təmsil edən minlərlə insanın iştirakı ilə Həzrət Əba-Əbdillah Hüseynə (ə) həsr olunmuş 6-cı matəm mərasimi təşkil olundu.

Mərasim zamanı çıxış edən Höccətül-İslam vəl-muslimin Rəfii Aşura günündən sonra Həzrət Əba-Əbdillah Hüseynin (ə) bu tarixi qiyamı haqda həqiqətlərin yayıldığını qeyd edərək dedi: “İmam Hüseynin (ə) qiyamında bu etapın avanqardları Həzrət Səccad (ə) və Həzrət Zeynəb (ə) idi. Təbliğ etdikləri kütləni yaxşı tanıyan bu dahi insanlar çətin bir missiya olan həqiqətləri açıqlamaq, təhrifləri aradan qaldırmaq missiyasını ən gözəl və müdrik formada yerinə yetirdilər”.

Höccətül-İslam Rəfii Həzrət Səccad (ə) və Həzrət Zeynəbin (ə) müraciət etdikləri kütlədən asılı olaraq, Kufə, Şam və Mədinədə fərqli təbliğat metodları seçdiklərini qeyd edərək dedi: “Kufə camaatı Əhli-Beyti (ə) kifayət qədər tanıyırdı, ona görə də Həzrət Zeynəb (ə) bu şəhərə daxil olarkən söylədiyi tarixi xütbəsində kufəliləri məzəmmət edərək danlayır, onları yalançılıq, əhdini pozmaq, hiyləgərlik və s. bu kimi xüsusiyyətlərə malik olmaqda ittiham edir”.

Höccətül-İslam Rəfii bildirdi ki, Şam əhalisinin Peyğəmbər (s) ailəsi ilə tanışlığı olmadığına görə İmam Səccad (ə) və Həzrət Zeynəb (ə) bu şəhərdə insanları məlumatlandırmaq metodunu seçmişlər. O dedi: “Həzrət Hüseynin (ə) qiyamı Kərbəlada qaynayan bir bulaq idi. Həzrət Səccad (ə) və Həzrət Zeynəbin (ə) Kufə və Şamda söylədiyi xütbələr, bu yolla apardıqları maarifləndirmə və təbliğat işi sayəsində bu bulağın saf suyu tarixdəki bütün təşnələrə çatdırıldı”.

Mərasim əsnasında Əhli-Beyt (ə) məddahları cənab Səmavati və cənab Mütii Həzrət Hüseynin (ə), onun ailə üzvləri və silahdaşlarının ürəkyandıran faciəsinə növhə və mərsiyələr oxudular.


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir



700 /