Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər Həzrət Əba-Əbdillah Hüseynin (ə) şəhadətinə həsr olunmuş 5-ci matəm gecəsində iştirak etdi

Bu gecə İmam Xomeyni (r.ə) adına hüseyniyədə İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xameneinin, hakimiyyət qüvvələrinin başçılarının, dövlət rəsmilərindən bir qrupunun və Hüseyn (ə) aşiqi olan minlərlə insanın iştirakı ilə Həzrət Əba-Əbdillah Hüseynə (ə) həsr olunan matəm mərasimi keçirildi.

Mərasim zamanı çıxış edən Höccətül-İslam vəl-muslimin Qasimiyan Peyğəmbəri Əkrəm (s) və onun dostlarına xas olan bir özəlliyə – yəni kafirlərə qarşı kəskin və barışmaz münasibət, İslam ümməti içərisində isə mərhəmətli davranış xüsusiyyətinə toxunaraq dedi: “Həzrət Seyyidüş-şühədanın (ə) qiyamında bu iki xüsusiyyət ustalıqla bir araya gətirilmişdi”.

Cənab Qasimiyan bildirdi ki, Aşura hadisəsi insanlığa şücaət və qəhrəmanlıq ruhunu aşılayaraq cihad və mübarizəyə hazır bir cəmiyyətin formalaşması üçün zəmin yaradır. O, əlavə etdi: “İslam militarist bir din deyil, amma küfrün başında duranların şərini dəf etməyi vacib bilir. Mömin bütün fəaliyyətini küfrün əsaslarına qarşı mübarizəyə yönəltməli, düşməni geri oturtmaq üçün var gücünü sərf etməyə köklənməlidir”.

Çıxışının davamında Höccətül-İslam Qasimiyan qeyd etdi ki, müsəlmanların bir-birinə qarşı rəhmli və mehriban olmaları, güzəştə getməyi bacarmaları vacib bir xüsusiyyətdir. O dedi: “Günümüzdə vəhdət İslam ümməti üçün həyatverici iksirdir. Əlbəttə ki, birlik və vəhdət üçün mehvər lazımdır, Qurani-Kərimin təsbit etdiyinə görə isə, bu mehvər imamların rəhbərliyi (ə) olmalıdır. Müsəlman toplumunda bu vəhdət mehvərinə zərbə vurmaq ən pis zülmdür”.

Mərasim zamanı Əhli-Beyt (ə) məddahları cənab Xələc və cənab Məhəmmədrza Taheri növhə və mərsiyələr oxudular.


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir



700 /