Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər Həzrət Əba-Əbdillah Hüseynə (ə) həsr olunmuş ilk matəm gecəsində iştirak etdi

İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei İmam Xomeyni (r.ə) adına hüseyniyədə şəhidlər ağası Həzrət Əba-Əbdillah (ə) Hüseynə və onun sadiq silahdaşlarına həsr olunmuş ilk matəm mərasimində iştirak etdi.

Xalqın müxtəlif təbəqələrini təmsil edən minlərlə insanın, habelə dövlət rəsmilərindən bir qrupunun iştirakı ilə keçən mərasimdə Höccətül-İslam vəl-muslimin Sədiqi  Həzrət Seyyidüş-şühədanın (ə) qiyamının hədəfləri haqda danışaraq dedi: “Mövcud vəziyyəti düzəltmək, “əmr be məruf və nəhy əz münkər” – yəni yaxşılığa dəvət edib pislikdən çəkindirmək, haqq-ədaləti bərpa etmək, zalım və fasidləri ifşa etmək – İmam Hüseyn (ə) hərəkatının hədəfləri bax bunlar olmuşdur. O həzrət tarixi qəhrəmanlıq hadisəsi olan Aşura ilə bütün hədəflərinə çataraq qələbə qazanmışdır”.

Höccətül-İslam vəl-muslimin Sədiqi Uca Allahın kafirlərin müsəlmanlar üzərində ağalıq etməsinə imkan vermədiyini bildirərək dedi: “Dünyanın azadlıqsevər insanları daim Həzrət Əba-Əbdillahın (ə) adı ətrafında birləşərək cihad cəbhələrində mətanətlə vuruşmuş, haqsız tələblər irəli sürən hegemonlara qarşı mübarizə aparmış, zalım və zorakı hökmdarların rahatlığını əllərindən almışlar”.

O, əlavə etdi: “İslam İnqilabı da İmam Hüseyn (ə) qəhrəmanlığından ilham almışdır. Onun nəticəsidir ki, bu gün biz qürur və heysiyyətimizi heç nəyə dəyişmirik”.

Mərasim zamanı cənab Bəni-Fatimə və Sələhşur İmam Hüseynin (ə) müsibətini yad edərək mərsiyələr oxudular.


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir



700 /