Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

Nəcəfabad cihadın əzəmətli qalalarından biridir

İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xameneinin Nəcəfabad rayonunun 2500 şəhid komandir və döyüşçüsünə həsr olunmuş milli konqresin təşkilatçıları ilə 10.04.1392-ci ildə (01.06.2013) keçirdiyi görüş zamanı səsləndirdiyi fikirlərin mətni bu gün (çərşənbə axşamı) səhər baş tutan konqresdə oxundu.

Həmin görüşdə Ali Məqamlı Rəhbər Nəcəfabadın İmam Xomeyni (r.ə) hərəkatını ilk olaraq alqışlayıb dəstəkləmiş rayonlardan biri olduğunu qeyd edərək bu şəhərin imanlı və möhkəm əqidəli əhalisinin İslam İnqilabının qələbəsi naminə, eləcə də 8 illik Müqəddəs Müdafiə illərində müxtəlif mübarizə meydanlarında birlik və həmrəyliklə iştirak etdiyini bildirir. O həmçinin vurğulayır: “Nəcəfabad şəhəri həm dini, həm də inqilabi baxımdan öndə olmuşdur. Şübhəsiz ki, bu şəhər cihadın əzəmətli qalalarından biridir”.

Nəcəfabad şəhidlərinin xatirəsinin çox gözəl və düşündürücü formada yad edilməsini yüksək qiymətləndirən Ali Məqamlı Rəhbər Müqəddəs Müdafiə illərində Xuzistanda Nəcəfabadın  8 saylı diviziyası ilə keçirdiyi bir görüşə də toxunur, bu diviziyada döyüşən hərbçilərin misilsiz döyüş hazırlığına, yüksək əhval-ruhiyyə və nizam-intizama malik olduğunu qeyd edir.




Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir



700 /