Ali Məqamlı Rəhbərin informasiya bloku

Xarici səfərdən qayıdan ölkə başçısı Ali Məqamlı Rəhbəri ikinci dəfə ziyarət etdi

İran İslam Respublikasının prezidenti Höccətül-İslam vəl-muslimin Ruhani Orta Asiyanın iki ölkəsinə 5 gün davam etmiş səfərdən qayıtdıqdan sonra bu gün (şənbə günü) səhər İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xameneinin yatdığı xəstəxanaya gələrək ona ikinci dəfə baş çəkdi.

Ali Məqamlı Rəhbərin səhhətinin, fiziki və mənəvi durumunun yaxşı olmasından sevindiyini bildirən cənab Ruhani Allah-Taaladan ona İran xalqına, İslam dünyasına, İslam İnqilabına və İslam mədəniyyətinə xidmət yolunda uzun ömür, can sağlığı dilədi. O həmçinin vurğuladı: “Ali Məqamlı Rəhbərin varlığı İslam dövlətinin yüksələn xətt üzrə inkişafının qarantıdır”.

Görüş zamanı Ali Məqamlı Rəhbər də ölkə başçısına və onun rəhbərlik etdiyi hökumət kabinetinə öhdələrinə düşən vəzifələri yerinə yetirməkdə uğurlar dilədi. O, cənab Ruhaniyə xitabən: “Mən həmişə sizin üçün dua edirəm” – dedi.

Sevgisinə və xoş münasibətinə görə Ali Məqamlı Rəhbərə təşəkkürünü bildirən ölkə prezidenti indiyə qədər hökumətin məhz onun bu dəstəyi sayəsində bəzi çətinliklərdən keçməyə müvəffəq olduğunu, inşallah, qalan çətinlikləri də geridə qoyacağını qeyd etdi.

Cənab Ruhani həmçinin Orta Asiyanın 2 ölkəsinə 5 gün davam etmiş səfərinə, Şanxay Əməkdaşlıq Təşkilatının sammitindəki iştirakına toxunaraq keçirdiyi görüşlərin, apardığı danışıqların çox yaxşı və konstruktiv xarakterli olduğunu bildirdi. O dedi: “Ölkə başçıları ilə görüşlərimiz zamanı bütün prezidentlər, xüsusilə də Rusiyanın dövlət başçısı Sizin səhhətinizlə maraqlanaraq salamlarını çatdırdılar”.

Xatırladaq ki, ölkə başçısı cənab Ruhani ötən həftənin bazar ertəsi günü Ali Məqamlı Rəhbərin cərrahiyyə əməliyyatından 1 saat sonra yatırıldığı xəstəxanaya gələrək onu ziyarət etmiş, daha sonra xarici səfərə yola düşmüşdü.



Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir



700 /