Ali Məqamlı Rəhbərin informasiya bloku

Ayətullah Əmini, habelə vəli-fəqihin nümayəndələrindən, mərcə-təqlidlərdən, rəsmilərdən və incəsənət xadimlərindən bir qrupu Ali Məqamlı Rəhbəri ziyarət etdi

Bu gün günortadan sonra yatdığı xəstəxanaya gələrək İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xameneini ziyarət edən Ayətullah Əmini onun tamamilə yaxşılaşıb  sağlamlığına qovuşması üçün Uca Allahın dərgahına dualar etdi.

Həmçinin nazirlərdən və prezidentin müavinlərindən, vəli-fəqihin ostanlar və inqilabi qurumlar üzrə nümayəndələrindən bir qrupu, Ayətullah Safi Qolpayqani, Ayətullah Məkarim Şirazi, Ayətullah Musəvi Ərdəbili, Ayətullah Kabili və Ayətullah Seyid Səid Həkimin nümayəndələri, Xubriqan Məclisinin və Dövlətin Mənafeyini Müəyyənləşdirən Şuranın bəzi üzvləri, İmam Xomeyninin (r.ə) qızı Dr. Zəhra Mustafəvi, teoloji mərkəzlərdə çalışan qabaqcıl ruhani və müdərrislərdən bir qrupu, Ali Rəhbərlik Məqamının Universitetlər üzrə Nümayəndəlikləri İdarəsinin rəsmisi, müxtəlif tələbə təşkilatlarının nümayəndələri, Müqəddəs Müdafiə şəhidlərinin həyat yoldaşları və övladlarından, o cümlədən müxtəlif sferalarda çalışan rəsmilərdən və görkəmli xadimlərdən bir qrupu Ali Məqamlı Rəhbəri ziyarət edərək Allahdan ona uzun ömür və can sağlığı arzuladılar.

Dünən və bu gün mədəniyyət və incəsənət xadimlərindən, ədib və yazarlardan, media nümayəndələrindən, idmançılardan bir qrupu da xəstəxanada yatan Ali Məqamlı Rəhbəri ziyarət edərək onunla səmimi söhbət etmişlər.



Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir



700 /