Ali Məqamlı Rəhbərin informasiya bloku

“İslam alimləri Fələstinin müqavimətinə dəstək verir” forumunun iştirakçılarından bir qrupu Ali Məqamlı Rəhbəri ziyarət etdi

“İslam alimləri Fələstinin müqavimətinə dəstək verir” adı altında keçirilən forumun iştirakçılarından bir qrupu bu gün (çərşənbə günü) səhər İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenini xəstəxanada ziyarət etdi.

Görüş zamanı forumda Livan Hizbullah Partiyasının baş katibinin nümayəndəsi qismində çıxış edən partiyanın baş katibinin birinci müavini Şeyx Nəim Qasim cənab Seyid Həsən Nəsrullahın isti salamlarını Ali Məqamlı Rəhbərə çatdıraraq Allah-Taaladan ona can sağlığı və uzun ömür dilədi.

Görüşdə həmçinin Pakistanın din alimlərindən olan Əllamə Seyid Sacid Nəqəvi, Əfqanıstanın görkəmli din alimi Ayətullah Asif Mohseni, Nəcəfi-Əşrəfin imam-cüməsi Sədrəddin Qapançi, Livan alimlərindən olan Seyid Əli Fəzlullah, Komor Adaları Respublikasının keçmiş prezidenti Əhməd Sambi, Livan İslam Alimləri Birliyinin Qəyyumlar Şurasının sədri Şeyx Əhmədüzzeyn, Livan alimi, Livan Əl-Dəvə Universitetinin rektoru Şeyx Əbdülnasir Cəbri, Cənub-şərqi Asiya Alimləri Alyansının baş katibi Şeyx Əbdülqəni Şəmsəddin, Suriya Böyük Müftisinin müavini Şeyx Əlaəddin Zətəri, Türkiyə Milli Görüş Hərəkatı Səadət Partiyasının sədri Özhan Əsltürk Ali Məqamlı Rəhbərin səhhətinin yaxşı olmasından sevindiklərini bildirərək Allahdan onun tam sağalmasını, İslam dünyasına xidmət yolunda uğurlarının daha da artmasını dilədilər.



Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir



700 /