Ali Məqamlı Rəhbərin informasiya bloku

Dövlət rəsmilərindən bir qrupu Ali Məqamlı Rəhbəri xəstəxanada ziyarət etdi

Bu gün (bazar ertəsi) günortadan sonra İran İslam Respublikasının dövlət rəsmilərindən bir qrupu cərrahiyyə əməliyyatı keçirmiş Həzrət Ayətullah Xameneini xəstəxanada ziyarət etdi.

Xəstəxanaya yatırıldığı ikinci gün Ali Məqamlı Rəhbəri ziyarət edən rəsmilər sırasında Məhkəmə Hakimiyyəti sədrinin birinci müavini, Ölkənin Ali Divanının sədri, Baş Prokuror və Məhkəmə Hakimiyyətinin digər rəsmiləri, Dövlətin Mənafeyini Müəyyənləşdirən Şuranın və Ali İnqilab Mədəniyyəti Şurasının bir neçə üzvü, Dövlətin Mənafeyini Müəyyənləşdirən Şuranın katibi, Hökumət Kabineti və İslami Şura Məclisinin İdarə Heyətinin bir neçə üzvü, parlamentin müxtəlif komissiyalarının sədrləri, “Səda və sima” Dövlət Teleradiosunun sədri və onun bir neçə müavini, Müqəddəs Həzrət Məsumə (s.ə) məqbərəsinin işlər müdiri, bəzi inqilabi qurumların sədrləri, Ali Teoloji Şuranın katibi, teoloji mərkəzlərin direktorları, Qum Teoloji Mərkəzinin alim və müdərrislərindən bir qrupu, Ayətullah Xəzəli, Camiətul-Mustafa (s) Universitetinin direktoru, Teoloji Mərkəzlərə Sosial Xidmət Mərkəzinin sədri, vəli-fəqihin ostanlar üzrə nümayəndələri və digər rəsmilər, həmçinin Ayətullahül-üzmalar Həzrət Sistani və Həzrət Şübeyri Zəncaninin nümayəndələri var idi.






Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir



700 /