Ali Məqamlı Rəhbərin informasiya bloku

Hökumət nümayəndələrindən və ordunun yüksək rütbəli zabitlərindən bir qrupu Ali Məqamlı Rəhbəri xəstəxanada ziyarət etdi

Ali Məqamlı Rəhbərin bu gün səhər baş tutan cərrahiyyə əməliyyatından sonra rəsmilər onu yatdığı xəstəxanada ziyarət etməyə davam edirlər. Bu ziyarətlərin davamı olaraq, İslami Şura Məclisinin sədri Ayətullah Əli Laricani, Hakimiyyət Qüvvələri Arasında Fikir Ayrılıqlarının Həlli Ali Şurasının sədri Ayətullah Haşimi Şahrudi, prezidentin birinci müavini cənab Cahangiri, eks-prezident cənab Əhmədinejad, Milli Təhlükəsizlik Ali Şurasının katibi cənab Şəmxani, həmçinin ordu və polis qüvvələrinin yüksək rütbəli zabitlərindən və digər dövlət qurumlarının rəsmilərindən bir qrupu yatdığı xəstəxanaya gələrək Ali Məqamlı Rəhbərə baş çəkdilər.

Səhiyyə Naziri Dr. Haşimi də xəstəxanaya gələrək Ali Məqamlı Rəhbərin müalicəsinin gedişi ilə yaxından maraqlandı.










Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir



700 /