Ali Məqamlı Rəhbərin informasiya bloku

Məhkəmə Hakimiyyətinin, Dövlətin Mənafeyini Müəyyənləşdirən Şuranın sədrləri, Keşikçi Şuranın baş katibi və Höccətül-İslam Seyid Həsən Xomeyni Ali Məqamlı Rəhbəri ziyarət etdilər

Bu gün (bazar ertəsi) günortadan sonra Məhkəmə Hakimiyyətinin sədri Ayətullah Amoli Laricani, Dövlətin Mənafeyini Müəyyənləşdirən Şuranın sədri Ayətullah Haşimi Rəfsəncani, Keşikçi Şuranın katibi Ayətullah Cənnəti və Höccətül-İslam Seyid Həsən Xomeyni Ali Məqamlı Rəhbərin yatdığı xəstəxanaya gələrək onu ziyarət etdilər, Ali Məqamlı Rəhbərin əməliyyatdan sonrakı vəziyyətindən məmnun qaldıqlarını bildirərək Allah-Taaladan ona salamatlıq, bərəkətli ömrünün uzun olmasını dilədilər.

Ali Məqamlı Rəhbər bu gün səhər əməliyyat olunmuş və həkim heyətinin başçısı Dr. Mərəndi keçirilmiş prostat əməliyyatından və Ali Məqamlı Rəhbərin ümumi vəziyyətindən tam razı qaldığını bildirərək demişdi: “Əməliyyat 30 dəqiqədən də az bir müddət ərzində, narkoza ehtiyac olmadan, yerli anesteziya vasitəsilə həyata keçirildi”.

Bu gün səhər – əməliyyatdan bir saat sonra ölkə başçısı cənab Həsən Ruhani də Ali Məqamlı Rəhbəri ziyarət etmişdi. O, əməliyyatı həyata keçirmiş həkim heyətinin işindən və Ali Məqamlı Rəhbərin ümumi vəziyyətindən tam razı qaldığını bildirərək demişdi: “Biz hamımız Ali Məqamlı Rəhbərin salamatlığı üçün Allaha şükürlər etməliyik”.


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir



700 /