Ali Məqamlı Rəhbərin informasiya bloku

Ölkə prezidenti cənab Həsən Ruhani Ali Məqamlı Rəhbəri xəstəxanada ziyarət etdi

İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei cərrahiyyə əməliyyatından çıxdıqdan 1 saat sonra İran İslam Respublikasının prezidenti Höccətül-İslam vəl-muslimin Həsən Ruhani yatdığı xəstəxanaya gələrək onu ziyarət etdi.

Ziyarət əsnasında ölkə prezidenti Allah-Taaladan Ali Məqamlı Rəhbərin tam sağalıb yaxşılaşmasını dilədi.

Görüşün ardınca mediaya müsahibə verən cənab Ruhani Ali Məqamlı Rəhbərin ümumi vəziyyətindən, yüksək səviyyədə keçirilmiş cərrahiyyə əməliyyatından və əməliyyatdan sonrakı həkim nəzarəti və tibbi qulluqdan razı qaldığını bildirərək aşağıdakıları vurğuladı: “Xalqımız Uca Yaradandan Ali Məqamlı Rəhbərə sağlamlıq, uzun ömür, İran xalqına və İslam dünyasına xidmət etmək üçün daha da artıq mənəvi güc diləməlidir”.

Cənab Ruhani Ali Məqamlı Rəhbərin ümumi vəziyyətinin olduqca yaxşı, əhval-ruhiyyəsinin yüksək olduğunu qeyd edərək dedi: “Cərrahiyyə əməliyyatından sonra müəyyən fəsadların olması tam normaldır. Ali Məqamlı Rəhbərin əməliyyatını son dərəcə dəqiq və yüksək səviyyədə həyata keçirmiş təcrübəli həkim heyəti əməliyyatdan sonrakı nəzarət və müalicə mərhələsində də eyni diqqət və məsuliyyətlə  işini davam etdirməlidir”.

İran xalqının Ali Məqamlı Rəhbər üçün daim dualar etdiyini deyən ölkə başçısı əlavə etdi: “Ali Məqamlı Rəhbərin ümumi vəziyyəti çox yaxşıdır, odur ki xalqımız əsla nigarançılıq keçirməməli, onun sağlamlığı üçün dua etməklə yanaşı, bərəkətli varlığı və salamatlığı üçün Allah-Taalaya şükürlər etməlidir”.

Ölkə başçısı bu gün günortadan sonraya əvvəlcədən planlaşdırılmış xarici səfəri barədə də danışaraq dedi: “Mən Tehranda qalmaq istəyirdim, lakin Ali Məqamlı Rəhbər özü proqrama riayət edib səfəri təxirə salmamağımı istədi”.


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir



700 /