Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər xəstəxanaya yola düşməzdən əvvəl müsahibə verdi

İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei cərrahiyyə əməliyyatı etdirmək üçün xəstəxanaya yola düşməzdən əvvəl Mərkəzi Xəbər Bürosuna müsahibə verərək dedi: “Hazırda mən cərrahiyyə əməliyyatı keçirmək üçün xəstəxanaya yola düşürəm”.

O, əlavə etdi: “Əlbəttə ki, nigarançılığa heç bir əsas yoxdur. O mənada yox ki, insanlarımız dua etməsinlər, sadəcə olaraq, demək istəyirəm ki, inşallah, nigaran qalmaq lazım deyil və bu, çox adi bir əməliyyatdır”.

Sonda Ali Məqamlı Rəhbər dedi: “İnşallah, Allah-Taalanın lütfü bizə şamil olar və hər şey yolunda gedər”.

Qeyd edək ki, Ali Məqamlı Rəhbər prostat vəzi ilə bağlı keçirdiyi narahatlıqla əlaqədar, bu gün (bazar ertəsi) səhər dövlət xəstəxanalarından birində cərrahiyyə əməliyyatı olunmuş və əlhəmdulillah, əməliyyatı uğurla başa çatmışdır.




Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir



700 /