İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei Xubriqan Məclisinin üzvləri ilə bu gün (cümə axşamı) səhər baş tutan görüşündə ölkə, region və dünyadakı vəziyyəti, yeni qlobal sistemin formalaşmasından xəbər verən göstəriciləri hərtərəfli təhlil edərək hazırkı qlobal sistemi, Qərb ağalığının əməli və ideoloji əsaslarının sarsıtmış əsl səbəbləri açıqladı. O vurğuladı: “Bu həssas etapda bizim əsas vəzifəmiz yeni qlobal sistemin formalaşması prosesində önəmli və təsiredici rol oynaya bilmək üçün ölkəmizin qüdrətini artırmaqdır. Ölkənin qüdrətinin artması isə 3 əsas amildən asılıdır: 1. elm və texnologiya; 2. iqtisadiyyat; 3. mədəniyyət”.
Ali Məqamlı Rəhbər həmçinin dedi: “Birlik və həmrəylik ölkənin başlıca ehtiyacıdır. Hökuməti və icra strukturlarını dəstəkləmək hamının borcudur”.
Görüşün əvvəlində Xubriqan Məclisinin sədri Ayətullah Mehdəvikənini dəyərli bir şəxsiyyət kimi təqdir etdiyini bildirən Ali Məqamlı Rəhbər Allahdan ona şəfalar dilədi və son aylar ərzində dünyadan getmiş məclis üzvlərinin xatirəsini yad etdi. O həmçinin hamıya tövbə və Allaha qayıdış ayı olan zilqədə ayının bərəkətindən faydalanmağı tövsiyə etdi.
Daha sonra Həzrət Ayətullah Xamenei ölkə, region və dünyada mövcud olan hazırkı şəraiti kompleks şəkildə təhlil edərək dedi: “Hazırda gedən dəyişikliklər Amerika və Avropa da daxil olmaqla qərblilərin son 70 ildə əsasını qoyduqları qlobal sistemin əvəzləndiyindən, yeni bir sistemin formalaşdığından xəbər verir”.
Ali Məqamlı Rəhbər son 70 ildə dünyada bərqərar edilmiş sistemin iki əsas dayağı olduğunu qeyd etdi: 1. ideologiya və dəyərlər; 2. hərbi və siyasi güc. O, əlavə etdi: “Dünyada və regionda gedən son dəyişikliklər açıq-aşkar göstərir ki, Qərbin hər iki dayağı ciddi surətdə sarsılaraq problemlərlə qarşılaşıb”.
Qərb sisteminin ideologiya və dəyərləri haqda danışan Həzrət Ayətullah Xamenei dedi: “Qərblilər uzun illər boyu “azadlıq”, “demokratiya”, “insan haqları”, “insanların müdafiəsi” kimi cəlbedici və aldadıcı şüarlar irəli sürməklə öz dəyərlər sisteminin dünyanın digər regionlarının, müxtəlif dinlərin, özəlliklə də İslamın dəyərlər sistemindən üstün olduğunu sübut etməyə çalışmışlar. Təəssüflər olsun ki, İslam dünyasında da bəzi insanlar, tanınmış şəxsiyyətlər, eləcə də hökumət administrasiyaları bu şüarların təsiri altına düşərək Qərbin iddia etdiyi dəyərlərin üstünlüyünə inanmışlar. Bu təfəkkürün tərəfdarları hələ də var”.
Qərb sivilizasiyasının hərbi və siyasi dayağından danışan Həzrət Ayətullah Xamenei dedi: “Əgər xalqlar, dövlətlər və ya müxtəlif cərəyanlar Qərbin iddia etdiyi dəyərlər sisteminin təsiri altına düşməyib ona müqavimət göstərsəydilər, onlara qarşı siyasi və hərbi təzyiqlər yolu ilə mübarizə aparılacaqdı. Biz müxtəlif ölkələrə, o cümlədən İrana qarşı bu tip təzyiqlərin tətbiq olunduğunu çox görmüşük”.
Ali Məqamlı Rəhbər əlavə etdi: “Qərb sistemi günü-gündən genişlənən və müasirləşən təbliğat orqanlarından istifadə edərək bu iki əsas dayağını dünyaya nümayiş etdirir, xalqları, mütəfəkkir və ziyalıları öz dəyərlər sisteminin dünyada ən gözəl və ən üstün sistem olduğuna inandırmağa çalışırdı”.

Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir