Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər Höcctəül-İslam Hacı Seyid Sabir Cəbbarinin vəfatı ilə əlaqədar başsağlığı verdi

İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei Mazandaran əhalisinin Xubriqan Məclisindəki nümayəndəsi, Behşəhrin imam-cüməsi, elminə əməl edən, mücahid ruhani Höccətül-İslam Hacı Seyid Sabir Cəbbarinin vəfatı ilə əlaqədar rəsmi başsağlığı müraciəti etdi.

Müraciətin tam mətni:

Mərhəmətli və Bağışlayan Allahın adı ilə!

Xubriqan Məclisinin üzvü, Behşəhrin imam-cüməsi, xalqa yaxın olan mücahid ruhani Höcctəül-İslam Hacı Seyid Sabir Cəbbarinin vəfatı ilə əlaqədar olaraq, Mazandaran ostanının mömin və inqilabçı əhalisinə, xüsusilə də əziz Behşəhr camaatına, ostanın elmi ictimaiyyətinə, mərhumun ailə üzvlərinə və qohum-əqrəbasına başsağlığı verirəm.

Bu böyük ruhaninin təbliğat səngərindəki xidmətləri, İslam İnqilabının düzgün kursu üzrə nümayiş etdirdiyi mübarizlik və müxtəlif ictimai sferalarda gördüyü işlər Mazandaran əhalisinə məlumdur və inşallah, bu dünyada mərhuma yaxşı ad, Tanrı dərgahında isə ilahi ehtiyat qazandıracaq.

Elminə əməl edən bu alimə Uca Allahdan rəhmət və bağışlanma, qiyamət günü pak əcdadları (ə) ilə birgə məhşur olmasını diləyirəm.

Seyid Əli Xamenei
11 şəhrivər 1393
3 sentyabr 2014


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir



700 /