Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər Cənab Əkbər Türkanın atasının vəfatı ilə əlaqədar başsağlığı verdi

İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei Azad Ticarət və İqtisadiyyat Zonaları Arasında Koordonasiya Şurasının katibi cənab Əkbər Türkanın atasının vəfatı ilə əlaqədar  olaraq rəsmi başsağlığı müraciəti etdi.

Müraciətin tam mətni:

Allahın adı ilə!

Cənab Türkan, iki şanlı şəhidimizin atası olan möhtərəm atanızın vəfatı ilə əlaqədar sizə və qohum-əqrəbanıza başsağlığı verir, Allahdan mərhuma rəhmət va bağışlanma diləyir, Qiyamət günü şəhid övladları ilə birlikdə məhşur olmasını arzu edirəm.

Seyid Əli Xamenei
6 şəhrivər 1393
30 avqust 2014




Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir



700 /