Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər Şəhid Əsnaf və Tacirlər Milli Konqresinin icraiyyə komitəsinin üzvləri ilə görüşdü

İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xameneinin Şəhid Əsnaf və Tacirlər Milli Konqresinin icraiyyə komitəsinin üzvləri ilə 26 xordad 1393-cü ildə keçirdiyi görüş zamanı etdiyi çıxışın mətni bu gün səhər eyni məqsədlə Milli Teleradionun konfrans zalında baş tutan iclasda oxundu.

Görüş zamanı Ali Məqamlı Rəhbər ölkənin tacir və sənətkarlarının inqilabi mübarizəyə qoşulmasını İslam İnqilabının tarixindəki mühüm hadisələrdən biri adlandıraraq demişdi: “Ölkənin dörd bir yanında bazarlarda ticarətlə məşğul olan dindar insanlar inqilabi hərəkat boyunca mərhum İmam Xomeyninin (r.ə) çağırışına ilk olaraq ləbbeyk deyib, 1341-ci ildə ölkədəki inqilabi atmosferi canlandıran dəstələrdən idilər”.

Ali Məqamlı Rəhbər İslam İnqilabının qələbəsi və Müqəddəs Müdafiənin gedişində sənətkarların göstərdiyi dəyərli səylərə toxunaraq vurğulamışdı: “Bəzi sənətkarlar özləri cəbhəyə gedir, məşğul olduqları peşə sahəsi üzrə cəbhədə fəaliyyət göstərir və ya cəbhəyə maddi yardım edirdilər. Bu insanlara həsr olunan anım tədbirləri onlara layiqli səviyyədə və dolğun məzmunlu olmalıdır”.

Şəhid əsnaf və tacirlərdən bir çoxunun tanınmadığını bildirən Həzrət Ayətullah Xamenei bu konqresin keçirilməsini yerində atılan bir addım adlandıraraq demişdi: “Şəhid əsnaf və tacirlərə həsr olunmuş konqresin keçirilməsi İslam İnqilabı və İslam dövlətinin bu şanlı əsgərlərinin adının yaşadılmasına, sözsüz ki, yardımçı olacaq”.




Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir



700 /