Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər Ayətullah Mehdəvi Kənini xəstəxanada ziyarət etdi

Bu gün (bazar günü) günortadan sonra İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei Tehran xəstəxanalarından birində yatan Ayətullah Mehdəvi Kənini ziyarət etdi.

Ali Məqamlı Rəhbər Ayətullah Mehdəvi Kəninin müalicəsinin gedişi haqda məlumat aldı, Uca Yaradandan ona şəfalar dilədi.

Xatırladaq ki, Xubriqan Məclisinin sədri Ayətullah Mehdəvi Kəni ürək çatışmazlığı diaqnozu ilə 14 xordad (4 iyun) tarixindən etibarən xəstəxanaya yatırılıb və müalicəsi davam edir.











Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir


700 /