Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər Məhkəmə Hakimiyyətinin sədri Ayətullah Amoli Laricaninin səlahiyyət müddətinin uzadılması barədə sərəncam imzaladı

İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei Konstitusiyanın 157-ci maddəsini rəhbər tutaraq Ayətullah Hacı Şeyx Sadiq Amoli Laricaninin növbəti səlahiyyət müddəti üçün Məhkəmə Hakimiyyətinin sədri vəzifəsinə təyin olunması barədə sərəncam imzaladı.

Sərəncamın tam mətni:

Mərhəmətli və Bağışlayan Allahın adı ilə!

Cənab Ayətullah Hacı Şeyx Sadiq Amoli Laricani,

Ötən səlahiyyət müddətiniz ərzində Məhkəmə Hakimiyyətinin sədri vəzifəsində göstərdiyiniz müdrik və dəyərli fəaliyyətə görə Sizə təşəkkür və qədirdanlığımı bildirir, Konstitusiyanın 157-ci maddəsini rəhbər tutaraq növbəti səlahiyyət müddətində də bu həssas vəzifəni yerinə yetirməyi Sizə həvalə edirəm.

Ötən onilliklərdə qurulmuş infrastrukturlardan bəhrələnmə, yeni səlahiyyət dövründəki təcrübələrdən istifadə, hakimiyyətin 3 qolu arasında qarşılıqlı əməkdaşlıq, ədliyyə sistemi ilə bağlı dövlət siyasətlərinin və elan edilmiş strategiyaların həyata keçirilməsi üçün ciddi səy göstərilməsi, xüsusilə də əhalinin ədalətin bərqərar edilməsinə asanlıqla nail olması üçün müvafiq mexanizmlərin yaradılması, məhkəmə prosedurlarına ayrılan müddətin qısaldılması, qanunlara düzəlişlər edilməsi və ədliyyə sistemində ehtiyac duyular qanun layihələrinin işlənib hazırlanması, müvafiq nəzarət mexanizmlərinin tətbiqi yolu ilə ədliyyə sisteminin sağlam əsaslarının qorunması, korrupsiyaya qarşı əsaslı mübarizə, ən əhəmiyyətlisi isə ictimai təhlükəsizliyin bərqərar edilməsi və rəsmi strukturların yardımı ilə cinayətlərin qarşısının alınması kimi tədbirlər sürətlə ötən fürsətləri dəyərləndirmək sayəsində, Allahın izni ilə, Məhkəmə Hakimiyyətində sıçrayışlı inkişaf və çiçəklənmə ilə bağlı gözləntilərin, Konstitusiyanın müvafiq bəndlərinin reallaşmasını, islami ədliyyənin gerçəkləşməsini, sözün əsl mənasında ədalətin icrasını və Uca Yaradanın razılığının qazanılmasını mümkün edəcək.

Allahın köməyi ilə, cənabınızın təqdirəlayiq, müdrik, İslam İnqilabının prinsip və ideyalarına uyğun, saf ilahi niyyətli rəhbərlik fəaliyyəti qeyd olunan bütün bu gözləntilərin həyata keçməsi üçün şərait yaradacaq.

Uca Yaradandan Sizə, eləcə də dəyərli və möhtərəm həmkarlarınıza mənəvi dəstək olmasını diləyirəm.

Seyid Əli Xamenei
23 mordad 1393
14 avqust 2014



Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir



700 /