Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər görkəmli fəqih Ayətullah Hacı Şeyx Hüseyn Şəbzendedarın vəfatı ilə əlaqədar başsağlığı verdi

İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei mömin və pərhizkar fəqih Ayətullah Hacı Şeyx Hüseyn Şəbzendedarın vəfatı ilə əlaqədar olaraq, rəsmi başsağlığı müraciəti etdi.

Müraciətin tam mətni:

Mərhəmətli və Bağışlayan Allahın adı ilə!

Mömin və pərhizkar fəqih Ayətullah Hacı Şeyx Hüseyn Şəbzendedarın (Allah ona rəhmət etsin) vəfatı ilə əlaqədar olaraq, Qum Teoloji Mərkəzinin görkəmli alimlərinə və böyük mərcə-təqlidlərinə, habelə mərhumun möhtərəm ailə üzvlərinə və bütün qohum-əqrəbasına, çox hörmətli oğlu, Keşikçi Şurasının üzvü Höccətül-İslam vəl-muslimin Hacı Şeyx Mehdi Şəbzendedara başsağlığı verir, Uca Yaradandan dünyadan getmiş bu xoşbəxt insanın ruhuna dərgahında ən ali dərəcələr nəsib etməsini diləyirəm.

Seyid Əli Xamenei
5 mordad 1393
27 iyul 2014




Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir



700 /