İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei ruhani alim Höccətül-İslam vəl-muslimin Hacı Şeyx Əzizullah Ütaridi Quçaninin vəfatı ilə əlaqədar olaraq, rəsmi başsağlığı müraciəti etdi.
Müraciətin tam mətni:
Mərhəmətli və Bağışlayan Allahın adı ilə!
Daim elmi axtarışda olan ruhani alim Höccətül-İslam vəl-muslimin Hacı Şeyx Əzizullah Ütaridi Quçaninin (Allah ona rəhmət etsin) vəfatı ilə əlaqədar, mərhumun möhtərəm ailə üzvlərinə və qohum-əqrəbasına, ona mənən bağlı olmuş, tarix, hədis, tərcümə, mənbəşünaslıq kimi sahələri əhatə edən geniş sferalı elmi yaradıcılığından bəhrələnmiş hər kəsə başsağlığı verir, ruhuna Allahdan rəhmət və bağışlanma diləyirəm.
Seyid Əli Xamenei
4 mordad 1393
26 iyul 2014
Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir