İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei cənab Məhəmməd Səidikiyanın növbəti 5 illik müddətə Yoxsul Əhaliyə Dəstək Fondunun sədri təyin olunması barədə sərəncam imzaladı.
Sərəncamın tam mətni:
Mərhəmətli və Bağışlayan Allahın adı ilə!
Cənab Məhəmməd Səidikiya,
Cənab Məhəmməd Fərzəndənin Yoxsul Əhaliyə Dəstək Fondunun sədri postunda 3 dəfə uzadılmış səlahiyyət müddətinin başa çatdığını nəzərə alaraq ötən 15 ildə fondun fəaliyyətində koordinasiyanın təmin olunması, nizam-intizamın yaradılması və müvafiq islahatların aparılması, habelə sözügedən qurumun səmərəliliyinin, imkan və potensialının yüksəldilməsi istiqamətində göstərdiyi dəyərli xidmətlərə görə ona öz təşəkkür və qədirdanlığımı bildirir və sizi növbəti 5 il müddətinə Yoxsul Əhaliyə Dəstək Fondunun sədri vəzifəsinə təyin edirəm.
Ümidvaram ki, məsuliyyətliliyiniz, idarəçilik səriştəniz, əmanətdarlığınız və qətiyyətiniz sayəsində bu qurumun keşiyində duracaq, fondun ölkənin beytül-malına aid bütün imkanlarından və potensialından ən gözəl şəkildə istifadə edərək dövlətin başlıca siyasətləri, elan edilmiş fəaliyyət prioritetləri çərçivəsində yoxsul əhaliyə layiqincə xidmət edəcək, onların maddi-mənəvi həyat səviyyəsinin yüksəldilməsinə, fondun qarşıya qoyduğu ali hədəflərin gerçəkləşməsinə nail olacaqsınız və bu işdə Allah-Taala sizdən Öz mənəvi dəstəyini əsirgəməyəcək.
Seyid Əli Xamenei
31 tir 1393
22 iyul 2014
Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir