İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei mücahid alim Ayətullah Məhəmmədi Gilaninin vəfatı ilə əlaqədar olaraq, rəsmi başsağlığı müraciəti etdi.
Müraciətin tam mətni:
Mərhəmətli və Bağışlayan Allahın adı ilə!
Mücahid alim Ayətullah Məhəmmədi Gilaninin vəfatı ilə əlaqədar olaraq, mərhumun möhtərəm ailə üzvlərinə, qohumlarına və dostlarına başsağlığı verirəm. Bu böyük alimin Məhkəmə Hakimiyyətində göstərdiyi xidmətlər, eləcə də Keşikçi Şura, Xubriqan Məclisi və Dövlətin Mənafeyini Müəyyənləşdirən Şura kimi yüksək dövlət qurumlarında daşıdığı mühüm vəzifə məsuliyyətləri hər kəsə məlumdur. Hələ bütün bunlardan öncə – inqilabi hərəkatın başladığı ilk günlərdən bəri sonsuz sədaqətlə dahi İmam Xomeyniyə (r.ə) silahdaşlıq edərək səmimi-qəlbdən doğan mətinliklə onun yanında olması bu görkəmli və fəzilətli ruhaninin unudulmaz xüsusiyyətidir.
Uca Yaradana dualar edirəm ki, mərhumun ruhunu Öz rəhmət və fəzlinə yaxınlaşdırsın və ona dərgahında ali dərəcələr nəsib etsin, inşallah.
Seyid Əli Xamenei
19 tir 1393
Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir