Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər Xarici Əlaqələr Strateji Şurasının yeni üzvlərini təyin etdi

İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei Xarici Əlaqələr Strateji Şurasının yeni üzvlərinin təyin olunması barədə sərəncam imzaladı.

Sərəncamın tam mətni:

Mərhəmətli və Bağışlayan Allahın adı ilə!

Cənab Dr. Xərazi,

Xarici Əlaqələr Strateji Şurasının tərkibində təkmilləşdirmənin zəruri olduğunu nəzərə alaraq, Dr. Səid Cəlili, İbrahim Şeybani, Hüseyn Taremi, Mehdi Mustafavi Əhəri və general-mayor Əhməd Vəhidini sizin rəhbərliyiniz altında fəaliyyət göstərən bu şuranın yeni üzvləri təyin edirəm.

Şuranın ötən fəaliyyət dövründə gördüyü dəyərli işləri, irimiqyaslı qərarların qəbulunda dövlət rəsmilərinə göstərdiyi köməyi və bu sahədə görkəmli şəxsiyyətlərdən yararlanmasını nəzərə alaraq ümid edirəm ki, növbəti mərhələdə sözügedən qurumun ona həvalə olunmuş vəzifələri daha da effektiv surətdə həyata keçirdiyinin şahidi olacağıq.

Seyid Əli Xamenei
25 xordad 1393
17 iyun 2014




Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir



700 /