Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər İmam Mehdi Sahibəzzamanın (ə.f) mübarək mövludu ərəfəsində bir qrup məhkumun cəzasını əfv etdi

İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei Həzrət Höccət ibn Həsən Əsgərinin (ə.f) mübarək mövludu ərəfəsində Ümumi və İnqilab Məhkəmələri, İqtisad Məhkəməsi və Hərbi Tribunal tərəfindən məhkum edilmiş 1052 nəfər məhkumun cəzasının əfvi, yaxud yüngülləşdirilməsi təklifinə razılıq verdi.

Məhkəmə Hakimiyyətinin sədri Ayətullah Amoli Laricani Həzrət Sahibəzzamanın (ə.f) mövludu ilə əlaqədar, İslam İnqilabının Ali Məqamlı Rəhbərinə məktubla müraciət edərək Ümumi və İnqilab Məhkəmələri, İqtisad Məhkəməsi və Hərbi Tribunal tərəfindən məhkum edilmiş, müvafiq komissiyanın qərarı ilə əfvin şamil olunması tələblərinə cavab verdikləri müəyyən edilmiş 1052 nəfər məhkumun cəzasının əfv edilməsini, yaxud yüngülləşdirilməsini təklif etmişdi. Təklif Ali Məqamlı Rəhbər tərəfindən müsbət cavablandırıldı.









Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir



700 /