Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər Höccətül-İslam vəl-muslimin Zərəndinin vəfatı ilə əlaqədar başsağlığı verdi

İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei mücahid alim Höccətül-İslam vəl-muslimin Hacı Şeyx Hüseyn Məsumi Zərəndinin vəfatı ilə əlaqədar rəsmi başsağlığı müraciəti etdi.

Müraciətin tam mətni:

Mərhəmətli və Bağışlayan Allahın adı ilə!

Mücahid alim mərhum Höccətül-İslam vəl-muslimin Hacı Şeyx Hüseyn Məsumi Zərəndinin (Allah ona rəhmət etsin) vəfatı ilə əlaqədar olaraq, möhtərəm ailə üzvlərinə və qohum-əqrəbasına, dostlarına və şagirdlərinə, ümumilikdə Kirmanşah ostanının inqilabçı əhalisinə başsağlığı verirəm. Bu böyük ruhani İslam İnqilabından öncə uzun bir dövr ərzində, eləcə də Müqəddəs Müdafiə illərində və ondan sonra İslam Respublikasına və İslam dininin uca hədəflərinə xidmət etmiş, bu nurlu yolda çoxlu zəhmətlərə qatlaşmışdır. Uca Yaradandan mərhumun ruhuna ilahi dərgahda ali dərəcələr, rəhmət və bağışlanma diləyirəm.

Seyid Əli Xamenei
7 xordad 1393
28 may 2014


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir



700 /