Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər Məbəs günü münasibətilə əfv fərmanı imzaladı

Əziz İslam Peyğəmbərinin (səlləllahu əleyhi və alihi və səlləm) Məbəs günü, eləcə də Xürrəmşəhrin fəthi və qürurverici “Beytül-müqəddəs” əməliyyatının ildönümündə İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei Hərbi Tribunal tərəfindən mühakimə edilmiş 72 məhkumun cəzasının əfvi, yaxud yüngülləşdirilməsinə razılıq verdi.

Məhkəmə Hakimiyyətinin sədri Ayətullah Amoli Laricani Məbəs günü, həmçinin Xürrəmşəhrin fəthi və “Beytül-müqəddəs” əməliyyatının ildönümündə Ali Məqamlı Rəhbərə məktubla müraciət edərək Hərbi Tribunal tərəfindən mühakimə edilmiş və lazımi şərtlərə cavab verdikləri müvafiq komissiyada müəyyənləşdirilmiş 72 məhkumun cəzasının əfvi və ya yüngülləşdirilməsi təklifi ilə çıxış etmişdi. Təklif Ali Məqamlı Rəhbər tərəfindən müsbət cavablandırıldı.








Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir



700 /