Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

Ayətullah Meşkini hərtərəfli şəxsiyyətə malik, misilsiz və əvəzolunmaz bir insan idi

İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xameneinin Ayətullah Meşkininin xatirəsinə həsr olunan konfransın təşkilatçıları ilə 28 fərvərdin 1391-ci ildə (16 aprel 2012-ci il) keçirdiyi görüş zamanı etdiyi çıxışın mətni bu gün (cümə axşamı günü) səhər Qumda yerləşən Hədis Evi elmi-mədəni müəssisəsində keçirilən konfransda Ali Rəhbərlik Məqamı Baş İdarəsinin direktoru Höccətül-İslam vəl-muslimin Məhəmmədi Qolpayqani tərəfindən oxundu.

Konfransın təşkilatçıları ilə görüşü zamanı Ali Məqamlı Rəhbər Ayətullah Meşkininin misilsiz və əvəzolunmaz bir şəxsiyyət olduğunu qeyd edərək demişdi: “Mərhum Ayətullah Meşkini dərin elmi bilikləri, gözəl əxlaqi keyfiyyətləri, təqvası və siyasi səriştəsindən əlavə, yüksək poetik zövqə malik bir insan idi”.

Ayətullah Meşkininin hərtərəfli şəxsiyyətə malik olduğunu vurğulayan Ali Məqamlı Rəhbər onun inqilabi mübarizədə ardıcıl iştirak etdiyini qeyd edərək demişdi: “Ayətullah Meşkininin xatirəsini ehtiramla yad etmək və onun əsərlərini nəşr etmək təqdirəlayiq bir addımdır”.





Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir



700 /