Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər Ayətullah Hacı Seyid Məhəmmədbaqir Şirazinin vəfatı ilə əlaqədar başsağlığı verdi

İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei böyük din alimi Ayətullah Hacı Seyid Məhəmmədbaqir Şirazinin vəfatı ilə əlaqədar olaraq rəsmi başsağlığı müraciəti etdi.

Müraciətin tam mətni:

Allahın adı ilə!

Böyük din alimi mərhum Ayətullah Hacı Seyid Məhəmmədbaqir Şirazinin (Allah ona rəhmət etsin) vəfatı ilə bağlı möhtərəm ailə üzvlərinə, övladlarına, dostlarına və ona mənən bağlı olan hər kəsə başsağlığı verir, Uca Yaradandan mərhumun, eləcə də onun mücahid atası Ayətullah Hacı Seyid Abdullah Şirazinin ruhuna (Allah onun məqamını yüksəltsin) rəhmət və bağışlanma diləyirəm.

Seyid Əli Xamenei
24 ordibeheşt 1393-cü il
14 may 2014-cü il




Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir



700 /