Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

İtikaf insanın mənən yüksəlmək naminə canını şövq və rəğbətlə əziyyətə salması deməkdir

İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xameneinin Mərkəzi İtikaf Qərargahının üzvləri ilə 15 ordibeheşt 1393-cü il (5 may 2014) tarixində baş tutmuş görüşü zamanı etdiyi çıxışın mətni bu gün (cümə axşamı) günortadan sonra İmam Xomeyni (r.ə) adına Ali Təhsil Kompleksində keçirilən Ümummilli İtikaf Bayramında oxundu.

Mərkəzi İtikaf Qərargahının və Ümummilli İtikaf Bayramının üzvləri ilə görüşü zamanı etdiyi çıxışda Ali Məqamlı Rəhbər qeyd edir ki, ölkədə əhalinin gözəl bir ilahi sünnə olan itikafa hamılıqla heyrətamiz dərəcədə həvəs və maraq göstərməsi Allahın İran xalqına nəsib etdiyi bərəkətlərdən, İslam İnqilabının cəmiyyətdə dəyərləri yüksək institutlaşdırma qabiliyyətinin təzahürlərindən biridir. O həmçinin vurğulayır: “Həzrət Peyğəmbərdən (s) qalan bu ilahi sünnənin təşkilinə cavabdeh olan rəsmilər işləri tədbirli şəkildə planlamalı, itikafa çəkilən insanların ibadətinə mane ola biləcək hər bir şeyi qabaqcadan nəzərə alaraq onların Allah-Taalaya mənəvi-psixoloji cəhətdən mümkün qədər daha çox yaxınlaşması, ruhən paklanması üçün lazım olan şəraiti təmin etməlidirlər”.

Həzrət Ayətullah Xamenei itikafı insanın mənən yüksəlmək naminə canını şövq və rəğbətlə əziyyət və çətinliyə salması kimi xarakterizə edərək deyir: “İslam İnqilabından sonra bu gün məscidlərdə gənclərimizin itikafa göstərdiyi vəsfəgəlməz dərəcədə güclü sevgi və həvəsi dəyərli bir fürsət kimi qiymətləndirərək bunun qədrini bilmək lazımdır”.

İtikaf fürsətini çalışıb bütünlüklə Uca Yaradana diqqət və ibadətə həsr etmək lazım olduğunu vurğulayan Ali Məqamlı Rəhbər deyir: “İslami davranış qaydalarını mənimsəyərək bu sahədə təcrübə qazanmaq, itikafa gəlmiş digər insanlarla dostcasına, qardaşcasına münasibət qurmaq, həmçinin dini bilgiləri öyrənmək və başqalarına öyrətmək bu nurlu mərasimin insan üçün yaratdığı digər fürsətlərdəndir”.

Həzrət Ayətullah Xamenei işlərin tədbirli surətdə planlanmasının, ibadətə gələn insanların üzləşə biləcəyi, itikafın ruhuna və mahiyyətinə uyğun olmayan əngəllərin əvvəlcədən nəzərə alınmasının vacib olduğunu qeyd edərək deyir: “İşləri planlaşdırarkən əsas etibarilə itikafa çəkilən insanların mənəvi-psixoloji cəhətdən Uca Yaradana yaxınlaşmasına, onların cəmiyyətin və gündəlik həyatın qalmaqalından, diqqəti Allah-Taaladan yayındıran hər bir şeydən uzaq durmaq imkanı əldə etmələrinə önəm vermək lazımdır”.


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir



700 /