Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər Sənəndəc şəhərinin sünni əhalisinin imam-cüməsi mamusta Müctəhidinin vəfatı ilə əlaqədar başsağlığı verdi

İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei Xubriqan Məclisinin üzvü, Sənəndəc şəhərinin sünni əhalisinin imam-cüməsi mamusta Müctəhidinin vəfatı ilə əlaqədar olaraq, rəsmi başsağlığı müraciəti etdi.

Müraciətin tam mətni:

Mərhəmətli və Bağışlayan Allahın adı ilə!

Fəzilətli və əməlisaleh ruhani, şafei təriqətinin görkəmli alimlərindən biri, Xubriqan Məclisinin üzvü, Sənəndəc şəhərinin sünni əhalisinin imam-cüməsi mamusta Hisamuddin Müctəhidinin vəfatı ilə əlaqədar olaraq, mömin və inqilabçı Kürdüstan diyarının bütün əhalisinə, mərhumun möhtərəm ailə üzvlərinə və yaxınlarına başsağlığı verirəm.

Ömrünü xalqa xidmətdə keçirmiş, bölgənin din alimlərindən bir çoxunun ustadı hesab olunan bu yaşlı insan İslam İnqilabının müsəlman birliyi çağırışına sona qədər sadiq qalanlardan olmuş, İslam təriqətlərini yaxınlaşdırma əhval-ruhiyyəsi ilə müxtəlif ruhani vəzifə postlarında çalışmışdır.

Uca Yaradandan mərhumun ruhuna mərhəmət və bağışlanma diləyirəm.

Seyid Əli Xamenei
6 ordibeheşt 1393-cü il
26 aprel 2014-cü il



Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir



700 /