Bu gecə (cümə gecəsi) İmam Xomeyni (r.ə) adına hüseyniyədə İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xameneinin, xalqın müxtəlif təbəqələrindən olan insanların və hökumət rəsmilərindən bir qrupunun iştirakı ilə Həzrət Fatimeyi-Zəhranın (s.ə) şəhadətinə həsr edilmiş sonuncu matəm mərasimi təşkil olundu.
Mərasimdə Höccətül-İslam vəl-muslimin Pənahiyan və cənab Səid Həddadiyan çıxış edərək mərsiyə oxudular, imamlar anası Həzrət Siddiqeyi-Kübranın (s.ə) ali şəxsi keyfiyyətlərindən, çəkdiyi müsibət və əzablardan danışdılar.
Qeyd edək ki, İmam Xomeyni (r.ə) adına hüseyniyədə 5 gündür davam edən matəm mərasimləri 11 fərvərdin bazar ertəsi günündən (31 mart 2014) etibarən təşkil olunurdu.
Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir