Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər Həzrət Fatimeyi-Zəhranın (s.ə) şəhadətinə həsr edilmiş sonuncu matəm gecəsində iştirak etdi

Bu gecə (cümə gecəsi) İmam Xomeyni (r.ə) adına hüseyniyədə İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xameneinin, xalqın müxtəlif təbəqələrindən olan insanların və hökumət rəsmilərindən bir qrupunun iştirakı ilə Həzrət Fatimeyi-Zəhranın (s.ə) şəhadətinə həsr edilmiş sonuncu matəm mərasimi təşkil olundu.

Mərasimdə Höccətül-İslam vəl-muslimin Pənahiyan və cənab Səid Həddadiyan çıxış edərək mərsiyə oxudular, imamlar anası Həzrət Siddiqeyi-Kübranın (s.ə) ali şəxsi keyfiyyətlərindən, çəkdiyi müsibət və əzablardan danışdılar.

Qeyd edək ki, İmam Xomeyni (r.ə) adına hüseyniyədə 5 gündür davam edən matəm mərasimləri 11 fərvərdin bazar ertəsi günündən (31 mart 2014) etibarən təşkil olunurdu.








Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir



700 /