Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər Həzrət Fatimeyi-Zəhranın (s.ə) şəhadətinin şame-qəriban gecəsinə həsr olunmuş matəm mərasimində iştirak etdi

Siddiqeyi-Kübra Həzrət Fatimeyi-Zəhranın (s.ə) şəhadətinin şame-qəriban gecəsində İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xameneinin, hakimiyyətin 3 qolunun başçılarının, hökumət rəsmilərindən bir qrupunun və xalqın müxtəlif təbəqələrini təmsil edən insanların iştirakı ilə ismət və paklıq mücəssəməsi olan o xanıma həsr edilmiş möhtəşəm əza mərasimi keçirildi.

İmam Xomeyni (r.ə) adına hüseyniyədə təşkil olunan bu ilahi feyz dolu mənəvi mərasimdə Əhli-Beyt (ə) xanədanının əzəməti, təklənmiş vəziyyətdə çəkdiyi əzab-əziyyətlər haqqında söhbət açıldı, əzadarlar Peyğəmbər (s) qızının müsibətlərinə göz yaşı axıdaraq yas tutdular.

İmam Xomeyni (r.ə) adına hüseyniyədə keçirilən mərasim 15 fərvərdin, cümə gününə qədər (4 aprel 2014-cü il) davam edəcək.







Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir



700 /