Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər əfv fərmanı imzaladı

İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei 12 fərvərdin – İran İslam Respublikasının qurulması günü ilə əlaqədar olaraq, Ümumi və İnqilab Məhkəmələri, İqtisad Məhkəməsi və Hərbi Tribunal tərəfindən məhkum edilmiş 920 nəfər məhkumun cəzasının əfvi, yaxud yüngülləşdirilməsinə razılıq verdi.

Məhkəmə Hakimiyyətinin sədri Ayətullah Amoli Laricani İran İslam Respublikasının qurulmasının ildönümü münasibətilə Ali Məqamlı Rəhbərə məktubla müraciət edərək Əfv və Amnistiya Komissiyası tərəfindən zəruri tələblərə cavab verdikləri müəyyən edilmiş 920 nəfər məhkumun cəzasının əfvi, yaxud yüngülləşdirilməsini təklif etmişdi. Ali Məqamlı Rəhbər bu təklifi müsbət cavablandırdı.










Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir


700 /