Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər Həzrət Fatimeyi-Zəhranın (s.ə) şəhadətinə həsr edilmiş ilk matəm gecəsində iştirak etdi

İslam peyğəmbərinin (s) əziz qızı Həzrət Siddiqeyi-Kübranın (s.ə) şəhadətinin ildönümü ilə əlaqədar olaraq, İmam Xomeyni (r.ə) adına hüseyniyədə İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xameneinin iştirakı ilə ismət və paklıq təcəssümü olan o xanımın xatirəsinə ilk matəm gecəsi təşkil olundu.

Xalqın müxtəlif təbəqələrini təmsil edən insanların və hökumət rəsmilərindən bir qrupunun iştirakı ilə keçirilən mərasimdə natiqlər və Əhli-Beyt (ə) məddahları imamlar anası Həzrət Fatimeyi-Zəhranın (s.ə) uca şəxsiyyəti, təqdirəlayiq  keyfiyyətləri, eləcə də çəkdiyi zülm və müsibətlər haqqında söz açdılar.

Qeyd edək ki, İmam Xomeyni (r.ə) adına hüseyniyədə 5 gün ərzində davam edəcək matəm mərasimləri 15 fərvərdin 1393-cü il (4 aprel 2014), cümə günü yekunlaşacaq.








Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir


700 /