İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei ölkədə qeyd olunan Təbii Resurslar Həftəsi ilə əlaqədar olaraq, bu gün (çərşənbə) – Ağacəkmə günü günorta saatlarında ağacəkmə aksiyasına qatılaraq bir ting əkdi.
Daha sonra qısaca çıxış edən Ali Məqamlı Rəhbər yaşıllıq zonalarının genişləndirilməsi sferasında çalışan hər kəsə təşəkkürünü bildirərək dedi: “Rəsmilərdən və əhalidən xahişim budur ki, yaşıllıq zonaları məsələsinə ciddi əhəmiyyət versinlər, ölkəmizin və xalqımızın Yaradanın bu böyük nemətindən məhrum olmasına imkan yaratmasınlar”.
Ekoloji problemlərin mühüm əhəmiyyət kəsb etdiyini deyən Ali Məqamlı Rəhbər ölkəyə duman şəklində toz dənəciklərinin daxil olması ilə bağlı aşağıdakıları qeyd etdi: “Bu problemi aradan qaldırmaq üçün bütün hökumət strukturları geniş miqyasda və koordinasiya şəraitində əməkdaşlıq edərək lazımi tədbirlər görməlidirlər”.
Həzrət Ayətullah Xamenei həmçinin yaşıllıq zonalarının qorunması işində də hər kəsin daha artıq səy və diqqət göstərməsini istəyərək dedi: “Hər bir iranlı bir ağacı qorusun!” şüarı yaxşı bir şüardır. Yaşıllıq zonalarına uzanan əllərin, bu dəyərli resursların dəmir-beton konstruksiyalara çevrilməsinin qarşısı alınmalı, sui-istifadəçilərlə hüquqi formada mübarizə aparılmalıdır”.
Mərasimdə Əkinçilik Cihadı Naziri, vəli-fəqihin nazirlikdəki nümayəndəsi və paytaxt Tehranın bələdiyyə başçısı da iştirak edirdilər.
Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir