Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər sadiq və səbirli mücahid mərhum Hacıheydərinin vəfatı ilə əlaqədar başsağlığı verdi

İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei sadiq və səbirli mücahid mərhum Hacıheydərinin vəfatı ilə əlaqədar olaraq, rəsmi başsağlığı müraciəti etdi.

Müraciətin tam mətni:

Mərhəmətli və Bağışlayan Allahın adı ilə!

Sadiq və səbirli mücahid Hacı Əbülfəzl Hacıheydərinin vəfatı ilə əlaqədar olaraq, mərhumun möhtərəm ailə üzvlərinə və bütün qohum-əqrəbasına, həmçinin bu köhnə, bərkdən-boşdan çıxmış mübariz inqilabçının dostlarına və silahdaşlarına başsağlığı verir, Uca Yaradandan mərhumun ruhuna dərgahında ən ali dərəcələri nəsib etməsini diləyirəm.

Seyid Əli Xamenei
4 isfənd 1392
24 fevral 2014-cü il





Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir



700 /