İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei görkəmli din alimi Seyid Məhəmmədbaqir Müvəhhid Əbtəhinin vəfatı ilə əlaqdar olaraq rəsmi başsağlığı müracəti etdi.
Müraciətin tam mətni:
Tanınmış din alimi Ayətullah Hacı Seyid Məhəmmədbaqir Müvəhhid Əbtəhi İsfahaninin (Allah ona rəhmət etsin!) vəfatı ilə əlaqədar olaraq, mərhumun qohum-əqrəbasına və möhtərəm Əbtəhi ailəsinə, eləcə də sağlığında ona mənən bağlı olmuş və yüksək elmi məqamından bəhrələnmiş hər kəsə başsağlığı verirəm. Şiə məzhəbinin böyük mərcə-təqlidi mərhum Ayətullahul-üzma Burucerdinin məktəbinin (Allah-Taala onun məqamını ucaltsın!) yetirməsi, hərtərəfli biliklərə malik, zəhmətkeş, ibadətkar bir fəqih olan bu görkəmli alim çoxlu sayda dəyərli əsərlərin müəllifidir və saysız-hesabsız bərəkətli təsirlərin mənşəyi olmuşdur. Bu insanın ölümü onun uca elmi və mənəvi məqamlarına bələd olan hər kəsi son dərəcə təəssüfləndirəcək.
Uca Tanrıdan mərhuma dərgahında ən ali dərəcələri və Qiyamət günü ilahi övliyalarla birgə məhşur olmağı nəsib etməsini diləyirəm.
Seyid Əli Xamenei
17 bəhmən 1392-ci il
6 fevral 2014-cü il
Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir