Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər Türkiyənin baş naziri ilə görüşdü

İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei Türkiyənin baş naziri cənab Rəcəb Teyyib Ərdoğanla bu gün (çərşənbə günü) günortadan sonra baş tutan görüşündə iki ölkə arasında hazırda mövcud olan qardaşlıq, sevgi və dostluğun son bir neçə əsr ərzində misilsiz olduğunu qeyd edərək vurğuladı: “Hər iki tərəfin sahib olduğu geniş imkan və potensial ikitərəfli əlaqələrin mümkün qədər çox genişləndirilməsi və dərinləşdirilməsi üçün münbit zəmindir”.

Həzrət Ayətullah Xamenei Tehran və Ankaranın cənab Ərdoğanın səfəri çərçivəsində əldə edilmiş razılaşmaların icrasına ciddi yanaşmalı olduqlarını bildirərək dedi: “Bu ciddiyyət qarşılıqlı münasibətlərin daha da möhkəmlənməsinə və sürətli inkişafına yol açacaq”.

İki xalq arasında tarixən bağlılığın və xoş münasibətlərin mövcud olduğunu xatırladan Ali Məqamlı Rəhbər dedi: “Mövcud fürsət və mövqelərdən düzgün şəkildə bəhrələnmək lazımdır”.

Görüş əsnasında cənab Rəcəb Teyyib Ərdoğan da Ali Məqamlı Rəhbərə Türkiyə prezidentinin və Türkiyə xalqının səmimi salamlarını çatdıraraq dedi: “Biz İranı öz ikinci evimiz bilirik”.

Cənab Ruhani və digər İran rəsmiləri ilə bu gün keçirdikləri görüşlərin olduqca faydalı olduğunu bildirən baş nazir bir neçə anlaşma memorandumunun imzalandığını qeyd edərək dedi: “Ümidvarıq ki, ölkələrimiz arasındakı əlaqələr günü-gündən daha da genişlənib inkişaf edərək dünya və region üçün örnəyə çevriləcək”.

“İran-Türkiyə Ali Əməkdaşlıq Şurasının yaradılması ilə bağlı sənədin imzalanması son dərəcə mühümdür” – deyən cənab Ərdoğan aşağıdakıları əlavə etdi: “Ardıcıl və qarşılıqlı görüşlər sayəsində iki ölkə arasında əlaqələri o həddə genişləndirəcəyik ki, sanki iki ölkənin nazirləri ortaq bir kabinetdə oturub müzakirələrlə və əməkdaşlıqla məşğuldurlar”.



Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir



700 /