Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər Həzrət Peyğəmbər (s) və İmam Cəfər Sadiqin (ə) mövludları münasibətilə əfv fərmanı imzaladı

Sonuncu peyğəmbər Məhəmməd Mustafanın (s) və İmam Cəfər Sadiqin (ə) mübarək mövludları münasibətilə Ali Məqamlı Rəhbər Ümumi və İnqilab Məhkəmələri, Hərbi Tribunal və İqtisadi Cinayətlər Məhkəməsi tərəfindən mühakimə edilmiş 878 məhkumun cəzasının əfvi, yaxud yüngülləşdirilməsi təklifini müsbət cavablandırdı.

Böyük İslam Peyğəmbəri (s) və İmam Cəfər Sadiqin (ə) mübarək mövludları ilə əlaqədar olaraq, İslam İnqilabının Ali Məqamlı Rəhbərinə məktubla müraciət edən Məhkəmə Hakimiyyətinin sədri Ayətullah Amoli Laricani müvafiq komissiya tərəfindən zəruri tələblərə cavab verdikləri müəyyən edilmiş 878 məhkumun cəzasının əfv edilməsi, yaxud yüngülləşdirilməsi təklifini irəli sürmüşdü. Təklif Ali Məqamlı Rəhbər tərəfindən müsbət cavablandırıldı.









Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir



700 /