Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər Avropadakı İslami Tələbə Təşkilatları Aliansına müraciət etdi

İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei Avropadakı İslami Tələbə Təşkilatları Aliansının 48-ci illik qurultayına ünvanladığı müraciətdə aşağıdakıları vurğulayır: “İran xalqının dünyanın müxtəlif universitetlərində təhsil alan övladları dəyərli fidanlar kimidir. Kökü vüqarlı ölkəsinin torpağına dayanan bu fidanlar vətəni və xalqı üçün gözəl bəhər yetirəcək”.

Ali Rəhbərlik Məqamının Avropada təhsil alan tələbələrlə iş üzrə nümayəndəsi Höccətül-İslam vəl-muslimin Cavad Ejeyi tərəfindən, Avstriyanın paytaxtı Vyana şəhərində fəaliyyət göstərən İmam Əli (ə) adına İslami Mərkəzdə oxunmuş müraciətin tam mətni aşağıdakından ibarətdir:

Mərhəmətli və Bağışlayan Allahın adı ilə!

İran xalqının dünyanın müxtəlif universitetlərində elmlərə yiyələnməklə məşğul olan gənc övladları kökü vüqarlı ölkəsinin məhsuldar torpağına dayanan dəyərli fidanlardır. Ölkəmizin canlı və dinamik universitetlərində təhsil alan qardaş-bacıları kimi, onlar da vətəni və xalqı üçün gözəl bəhər yetirəcək, inşallah.

Dünyanın hansı nöqtəsində olmasından asılı olmayaraq, iranlı tələbəni məhz bu fikir düşündürməlidir. Təhsilinizin keyfiyyəti, yiyələnəcəyiniz elm sahəsinin seçimi, təhsil aldığınız dövrdə kimliyinizi aşkara çıxaracaq psixologiya və davranışlar büsbütün bu parlaq fikirdən qaynaqlanmalı və sizin gələcək yolunuzu müəyyənləşdirməlidir.

Bu günün tələbəsinin sabahın rəhbər işçisinə, görkəmli simasına çevrilməsi kimi dinamik bir prosesdə sizə hər şeydən çox Allaha təvəkkül, Onun lütf və mərhəmətindən yardım diləmək yardımçı ola bilər. Sizin istedadınızı çiçəkləndirəcək, addımlarınıza möhkəmlik, qəlbinizə rahatlıq bəxş edəcək amil də məhz budur.

Ölkəmizin və sizin gələcəyinizin parlaq olacağı ümidi ilə hamınızı Uca Yaradana tapşırır və sizin üçün dua edirəm.

Seyid Əli Xamenei



Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir



700 /