Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

Gənclərimizin Müqəddəs Müdafiədə sərgilədiyi davranışlar İslam İnqilabının möcüzəsidir

İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xameneinin Mazandaran ostanının 10 min şəhidinə həsr olunmuş və 25.09.1392-ci il (16.12.2013) tarixində baş tutmuş konqresin təşkilatçıları ilə görüşü zamanı etdiyi çıxışın mətni bu gün (cümə axşamı) səhər Sari şəhristanının namaz salonunda oxundu.

Həmin görüşdə Ali Məqamlı Rəhbər Allah yolunda cihad edərək şəhid olmuş insanların zəmanənin ən üstün insanları olduğunu bildirərək deyir: “Şəhidlərin həyat yolu ilə bağlı hansısa tədqiqat işləri aparmaqla, müxtəlif kitablar və media əsərləri yaratmaqla onların xatirəsini yad etmək və yaşatmaq olduqca vacib işlərdəndir. Bu sahədə görülən işlər fundamental xarakterli və dəqiq olmalı, sənət baxımından yüksək səviyyədə durmalı və həqiqətlərin üzə çıxarılmasına xidmət etməlidir”.

“Gənclərimizin Müqəddəs Müdafiədə sərgilədiyi davranışlar İslam İnqilabının möcüzəsidir” – deyən Həzrət Ayətullah Xamenei əlavə edir: “Müqəddəs Müdafiə İran xalqı üçün böyük bir sınaq olmaqdan əlavə, ölkənin müxtəlif regionlarının və insanlarımızın parlaq istedadının üzə çıxması baxımından da bir sınaq idi. Bu böyük arena ölkəmizin gizli potensialının mümkün qədər çox aşkara çıxmasına səbəb oldu”.

Şəhid Bakiri, Xərazi və Baqiri də daxil olmaqla şəhid komandirlərin göstərdikləri rəşadəti xatırladan Ali Məqamlı Rəhbər onların istedadının Müqəddəs Müdafiənin gedişində heyrətamiz surətdə aşkara çıxdığını qeyd edərək aşağıdakıları vurğulayır: “Müqəddəs Müdafiə arenası bu gənc insanlardan böyük dövlətlər tərəfindən himayə olunan, maddi-texniki cəhətdən tam təchiz olunmuş bir ordunu mühasirəyə sala biləcək peşəkar hərbi komandanların və strategiyaçıların yetişməsi üçün zəmin yaratdı”.

Mazandaran ostanının əhalisinin dəyanətli, fədakar, vəfadar, ixlaslı və parlaq mübarizə keçmişinə toxunan Ali Məqamlı Rəhbər inqilabın müxtəlif sferalarında, o cümlədən Müqəddəs Müdafiə və quruculuq dövrlərində oynadıqları mühüm rola görə bu insanlara qədirdanlığını bildirir.



Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir



700 /