Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər İslam İnqilabının sadiq dostu Seyid Əliəkbər Pərvərişin vəfatı ilə əlaqədar başsağlığı verdi

İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei İslam İnqilabının sadiq dostu Seyid Əliəkbər Pərvərişin vəfatı ilə əlaqədar olaraq, rəsmi başsağlığı müraciəti etdi.


Müraciətin tam mətni:

Mərhəmətli və Bağışlayan Allahın adı ilə!

İnqilabın sadiq dostu cənab Seyid Əliəkbər Pərvərişin vəfat etdiyi barədə xəbəri böyük təəssüf və kədər hissi ilə aldım. Bu nüfuzlu və böyük təsir gücünə malik sima bərəkətli ömrünün böyük bir hissəsini İslama və bu dinin uca dəyərlərinə xidmətə, haqqı danışan dilini, ixlaslı qəlbini və xeyirxah təbiətini inqilabın və İslam dövlətinin genişləndirilməsinə və möhkəmləndirilməsinə həsr etmişdir. O, şah diktaturası dövründəki mübarizə fəaliyyətlərini İslam Respublikası qurulduqdan sonra qanunverici və icraedici hakimiyyətlərdə, habelə Ali Müdafiə Şurasında öhdəsinə götürdüyü ağır vəzifə məsuliyyətləri, dəyərli xidmətlərlə davam etdirmiş, var qüvvəsi ilə ölkəsinə və xalqına xidmət etmiş, rahatlığını və sağlamlığını çiyninə düşən vəzifələrin icrası yolunda sərf etmişdir. Cənab Pərvərişin uzunmüddətli və üzücü xəstəliyi ömrünün sonunda üzləşdiyi axırıncı çətin sınaq idi. O, bu sınağa səbir və mətanətlə tab gətirərək pak və şərəfli ömrünü başa vurdu. Cənab Pərvərişin vəfatı ilə əlaqədar olaraq, möhtərəm ailə üzvlərinə və qohum-əqrəbasına, bütün dostlarına və yaxınlarına başsağlığı verir, Allahdan mərhumun ruhuna rəhmət və Behişt diləyirəm.

Seyid Əli Xamenei
6 dey 1392
27 dekabr 2013


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir



700 /