Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər İraqın baş naziri ilə görüşdü

İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei İraqın baş naziri cənab Nuri Maliki ilə bu gün günortadan əvvəl keçirdiyi görüşdə iki ölkə arasında siyasi və iqtisadi əlaqələrin gücləndirilməsinin əhəmiyyətini vurğulayaraq dedi: “Müxtəlif sahələrdə əməkdaşlığın günü-gündən artırılması üçün olduqca geniş zəmin mövcuddur və İraqla əlaqələrin inkişaf etdirilməsi, regional əməkdaşlığın genişləndirilməsi üçün heç bir maneə yoxdur”.

İraqın baş nazirinin iki ölkə arasında iqtisadi, siyasi və elmi əlaqələrin genişləndirilməsi barədə İran hökuməti ilə aparılmış danışıqlarla bağlı səsləndirdiyi fikirləri təsdiqləyən Həzrət Ayətullah Xamenei dedi: “Son illərdə İran diqqətəlayiq elmi inkişafa nail olub. Elmi təcrübələrin İraqla paylaşılması iki ölkə arasında əməkdaşlığın mühüm sferalarından biri ola bilər”.

İraq hökumətinin fəaliyyətini müsbət dəyərləndirən Ali Məqamlı Rəhbər dedi: “Bu gün sizin ölkəniz üçün gördüyünüz işlər çox dəyərlidir, lakin əlbəttə ki, İraqın ehtiyacları qat-qat artıqdır”.

Ali Məqamlı Rəhbər həmçinin İraq prezidenti cənab Talibanini də İran İslam Respublikasının yaxşı və səmimi dostu kimi xatırlayaraq ona can sağlığı arzuladı.

İraqın baş naziri cənab Nuri Maliki İran hökumətinə təşəkkürünü bildirərək Tehran səfərində həyata keçirilmiş danışıqların və əldə edilmiş razılaşmaların iki ölkə arasında müxtəlif sferalarda əməkdaşlığın genişləndirilməsi ilə nəticələnəcəyinə ümidvar olduğunu qeyd etdi.


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir



700 /