Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

İran xalqına layiq, İslam dövlətinin ideallarına uyğun bir Hərbi Donanma formalaşdırmaq lazımdır

Ali Baş Komandan Həzrət Ayətullah Xamenei İran İslam Respublikası Ordusunun Hərbi Donanmasının komandanları və rəsmiləri ilə bu gün (bazar günü) günorta keçirdiyi görüşdə İslam dövlətinin, İran xalqının və İran ordusunun tutduğu yüksək mövqeyə toxunaraq qeyd etdi ki, həqiqi tərəqqi və iqtidarın nişanəsi ağıllı, əzmkar və lazımi qədər şücaətli kadrların varlığıdır. O dedi: “Ordunun Hərbi Donanmasının başlıca hədəfi İran xalqına layiq, İslam dövlətinin ideallarına uyğun bir hərbi qüvvə formalaşdırmaq olmalıdır”.

7 azər – İran İslam Respublikası Ordusunun Hərbi Donanma Günü ərəfəsində keçirilən bu görüşdə Həzrət Ayətullah Xamenei 7 azər tarixini donanmanın rəşadətli döyüşçülərinin xatirəsinin uca tutulduğu gün kimi qiymətləndirərək dedi: “İslam İnqilabının qələbəsindən sonra Hərbi Donanmada bir sıra nailiyyətlər əldə olunub, lakin yalnız texnoloji inkişafın varlığı güc-qüdrət demək deyil”.

“Böyük dövlətlərin qarşısında əzəmət və heysiyyətlə çıxış etmək üçün mənəviyyatlı, əzmkar və lazımi qədər şücaətli kadrlar olmalıdır” – deyən Ali Baş Komandan əlavə etdi: “Xoşbəxtlikdən, bu gün Hərbi Donanmamızın insan potensialı yaxşı səviyyədə və inqilabdan öncəki səriştəsiz rəhbər kadrların onun üçün planlaşdırdığına tam əks vəziyyətdədir”.

Hərbi Donanmanın elmi, hərbi, beynəlxalq və siyasi əhəmiyyətinə toxunan Ali Məqamlı Rəhbər dedi: “Hərbi Donanmanın həm elmi və texniki təchizat baxımından əhəmiyyəti böyükdür, həm də bu qüvvələr regionda yürüdülən siyasətlər, mövcud olan bəzi təhdidlər baxımından özünəməxsus siyasi və hərbi mövqeyə malikdir”.

O həmçinin ölkənin Hərbi Donanmasının Oman dənizi sahillərində iştirakına, milli quruculuq prosesinə effektiv təsirinə də toxunaraq dedi: “Dövlət tərəfindən lazımi diqqət göstəriləcəyi təqdirdə Hərbi Donanma bu regionun sıçrayışlı inkişafı üçün zəmin yarada bilər”.

Görüşün əvvəlində Ordunun Hərbi Donanmasının komandanı kontr-admiral Səyyari Bəsic həftəsinin və 7 azər gününün tarixi əhəmiyyətini yada salmaqla yanaşı, aşağıdakıları dedi: “Hərbi Donanmanın gücünü artıraraq ölkəmizin sularda sarsılmaz nüfuz qazanmasını daha da sürətləndirməli, donanmamızın xalqlara ilham və ümid bəxş etməsinə nail olmalıyıq”.



Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir


700 /