Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər Aşura gecəsi İmam Xomeyni (r.ə) adına hüseyniyədə təşkil olunmuş əza mərasimində iştirak etdi

Aşura gecəsi İmam Xomeyni (r.ə) adına hüseyniyədə İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xameneinin iştirakı ilə şəhidlər ağası Həzrət Əba Əbdillah Hüseynə (ə) həsr olunmuş matəm mərasimi təşkil olundu.

Hökumət və ordu rəsmilərindən bir qrupunun, habelə xalqın müxtəlif təbəqələrini təmsil edən minlərlə insanın iştirak etdiyi mərasimdə İmam Hüseyn (ə) hərəkatının müxtəlif aspektləri Höccətül-İslam vəl-muslimin Pənahiyan tərəfindən şərh olundu.

Mərasimdə həmçinin cənab Behtaş və Səid Həddadiyan Həzrət İmam Hüseynin (ə) və səhabələrinin çəkdiyi müsibətlərdən söz açdılar.

İmam Xomeyni (r.ə) adına hüseyniyədə təşkil olunan matəm mərasimləri 24 aban (11 məhərrəm) tarixinə qədər davam edəcək.






Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir



700 /