Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

Həccin imkanlarından çoxu hələ öyrənilməyib

İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei builki həcc ziyarətinin ölkə üzrə təşkilinə cavabdeh olan rəsmilərlə bu gün (bazar ertəsi günü) səhər keçirdiyi görüşdə həcci ilahi hədiyyə, İslam dünyasının ortaq ehtiyacları ilə bağlı qarşılıqlı anlaşmanın yaradılması üçün tükənməz bir potensial adlandırdı. O dedi: “Bu gün İslam dünyasının ən böyük problemi məzhəblərarası konflikt alovunun körüklənməsidir ki, bu da ümmətə kənardan, qəsdən və xəbis niyyətlərlə yüklənmiş bir problemdir”.

Həccin malik olduğu böyük potensialdan layiqincə istifadə etmək üçün dövrün həssas və aktual məsələlərinə diqqət yetirmək lazım olduğunu vurğulayan Həzrət Ayətullah Xamenei dedi: “İşğalçı imperializmin məzhəblər arasına konflikt salmaqda çoxillik təcrübəsi var. Buna görə də hazırkı şəraitdə bu məkrli plana qarşı həccin imkanlarını fəallaşdırmaq lazımdır”.

O həmçinin əlavə etdi: “Məzhəblərarası konfliktlər təkcə şiə-sünni qarşıdurması ilə məhdudlaşmayacaq. Bu konfliktlərin cəmiyyətdə kök atmasına nail ola biləcəkləri təqdirdə, sünni və şiə məzhəbləri içərisindəki firqələri bir-birinin canına salmaq da İslam düşmənlərinin planlarına daxildir”.

Ali Məqamlı Rəhbər qeyd etdi ki, həccin yaratdığı daha bir misilsiz imkan bu günlər ərzində İslam dünyasının ortaq istək və ehtiyacları ilə bağlı qarşılıqlı anlaşmanın əldə olunması fürsətidir. O vurğuladı: “Həccin imkanlarından çoxu hələ öyrənilməyib və bu yeni imkanların aşkara çıxarılması və öyrənilməsi üçün alim və mütəfəkkirlərdən istifadə etmək lazımıdır”.

Zəvvarlara düzgün və məntiqi surətdə xidmət göstərdiklərinə görə builki həcc ziyarətinin ölkə üzrə təşkilatçılarına təşəkkürünü bildirən Həzrət Ayətullah Xamenei dedi: “Ümidvaram ki, böyük bir nemət, tükənməz bir imkan olan həcc ziyarəti İslam dünyasına əvvəlkindən də artıq xidmət edəcək”.

Görüşün əvvəlində vəli-fəqihin nümayəndəsi, iranlı zəvvarların kuratoru Höccətül-İslam vəl-muslimin Qazi Əsgər Ali Məqamlı Rəhbərliyin Məkkədəki nümayəndəliyi tərəfindən həcc ziyarətinin mədəniyyət, mənəviyyat və beynəlxalq əlaqələr sferalarında görülmüş tədbirlər haqda məlumat verdi.

Ardınca Həcc və Ziyarətlər Təşkilatının sədri cənab Əvhədi də builki həcc ziyarəti ilə bağlı icra və operativ tədbirlər sahəsində görülmüş işlər, karvanlara göstərilən xidmətlərin səviyyəsi ilə bağlı məlumat verdi.



Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir



700 /