Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər cənab Həbibullah Əsgərövladının vəfatı ilə əlaqədar başsağlığı müraciəti etdi

İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei sadiq mücahid, İmam Xomeyninin (r.ə) vəfalı və etibarlı silahdaşı cənab Həbibullah Əsgərövladının vəfatı ilə əlaqədar olaraq başsağlığı müraciəti etdi.

Müraciətin tam mətni:

Mərhəmətli və Bağışlayan Allahın adı ilə!

Sadiq mücahid, İmam Xomeyninin (r.ə) vəfalı və etibarlı silahdaşı cənab Həbibullah Əsgərövladının vəfat etdiyi barədə xəbəri böyük təəssüf hissi ilə, son dərəcə təsirlənərək aldım. Yorulmaq bilməyən bu mübariz insanın bərəkətli ömrü bütünlüklə İslama xidmətə, İslam dövlətinin qurulmasına və möhkəmlənməsinə həsr olundu, ta gənclik dövründən son illərə qədər bu yolda onun əzmi, təlaşı və saf ilahi niyyətli mücahidəsi azalmadı. Şah diktaturası dövründə – xalqın və ruhanilərin mübarizəyə qalxdığı ilk gündən etibarən o, dahi imamın yanında olmuş və təhlükə dolu meydanlarda yer almış, illərlə həbsxana və əsirlik həyatının çətinliklərinə səbirlə tab gətirmiş, İslam İnqilabının qələbəsindən, İslam Respublikasının qurulmasından sonra isə həssas və effektiv səngərlərdə sədaqətlə xidmət etmiş, enişli-yoxuşlu ömrünün sonuna qədər iş-gücdən əl çəkməmişdir. Mərhumun ruhuna Uca Yaradandan rəhmət və bağışlanma diləyir, qohum-əqrəbasına və dostlarına başsağlığı verirəm.

Seyid Əli Xamenei
14 aban 1392
5 noyabr 2013



Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir



700 /